Dünyada taxıl böhranı: Təhlükə - ARAŞDIRMA

Ən çox dünya bazarına taxıl ixraç edən ölkələr Rusiya, Ukrayna, ABŞ, Fransa və Kanadadır.
Rusiya və Ukrayna arasındakı müharibə taxıl ixracatında böhranın daha da dərinləşməsinə səbəb oldu. Lakin Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Bu böhrana səbəb taxıla tələbin artması, istehsalın azalmasına görə dünya taxıl ehtiyacını ödəyə bilmirdi. Dünyadakı taxıl üzərində balans beləcə pozuldu. Balansın pozulmasına səbəb dünya ölkələrinin qeyri-effektiv iqtisadi idarəetmə sisteminin olmasıdır. Taxıl böhranı ərzaqlarda, eyni zamanda, un məhsullarının qiymətində bahalaşmaya səbəb oldu. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gün qlobal taxıl böhranını yaradan əsas amillərdən biridir.
Son illər buğda istehsalında böyük uğurlar qazanan Ukrayna münbit torpaqları və münasib iqlim şəraiti ilə kənd təsərrüfatı sahəsində dünyada ən yüksək istehsal potensialına malik ölkələrdən biri oldu. Ukrayna təkcə Avropa üçün deyil, həm də dünya üçün çörək səbəti kimi görünürdü.
Dünyanın taxıl anbarı olan Rusiya ilə Ukrayna arasındakı müharibə bütün dünyada böyük ərzaq böhranına səbəb oldu.
Müharibə başlayandan 5 ay ərzində beynəlxalq bazarlarda buğdanın qiyməti 34 faiz artdı. Bərəkətli torpaqları və əlverişli iqlim şəraiti ilə Ukrayna kənd təsərrüfatı sahəsində dünyada ən yüksək istehsal potensialına malik ölkələrdən biridir. Ukrayna keçmiş Sovet İttifaqını təşkil edən 15 respublika arasında Rusiya Federasiyası və Qazaxıstandan sonra ərazisinə görə üçüncü böyük ölkədir. Ukraynanın 70%-i aran, 25%-i yüksək, 5%-i dağlıqdır. Ukrayna torpaqlarının 55%-i əkin sahələridir.
2020-ci ildə ölkənin ixrac etdiyi əsas məhsullar Toxum Yağları (10,8%), Dəmir Filizi 8,6% təşkil edir. 2020-ci ildə 54 milyard dollar idxalla (11% azalaraq) dünyada 48-ci yerdə Çin 15,5 faizlə birinci, Rusiya 13 faizlə ikinci, Almaniya 9,8 faizlə 3-cü yerdə Türkiyə 7-ci yerdədir. 4,5 faizlə yer alıb.
Məhsullarının 90 faizini gəmilərlə ixrac edən Ukraynanın taxılını limanlarda bağlayan Rusiya ərzaqdan silah kimi istifadə edərək qlobal miqyasda ərzaq böhranının böyüməsinə səbəb oldu.
22 milyon ton Ukrayna taxılının ölkədən ixracının qarşısı Rusiya tərəfindən alındı. Bu vəziyyət aclıqla mübarizə aparan Afrika və Asiya ölkələrində aclıq və qıtlıq probleminə səbəb olub.
Odessa Limanında taxıl anbarları boşaldıla bilmədi və nəticədə yeni məhsul yığıla bilmədi. Ümumdünya Ticarət Təşkilatının məlumatlarına görə, müharibədən sonra ümumilikdə 34 ölkə öz vətəndaşlarını aclıq ehtimalından qorumaq üçün taxıl ticarətinə maneələr qoyub.
Məsələ ilə bağlı SİA-ya öz fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli deyib: “Taxıl böhranının yaranma səbəbi odur ki, dünyanın iki ən böyük taxıl ixracatçısı Rusiya və Ukraynanın müharibə etməsidir. Rusiya taxıl ixracatına görə birinci yerdə, Ukrayna isə beşinçi yerdə dayanır. Dünya taxıl ixracının 18 faizi Rusiyanın, 7-8 faizi isə Ukraynanın payına düşür. Yəni iki ölkə bir yerdə dünyada taxıl ixracının 25 faizini təşkil edir. Hindistan və Çində taxıl ixracı güclü olsa da, onlar daxili istehlaka önəm verdiklərindən taxılı dünya bazarına çox çıxarmır. Müharibədən öncə də artıq quraqlığa görə taxıl böhranı yavaş-yavaş başlamışdı. Rusiya Ukrayna müharibəsi ortaya çıxdıqdan sonra neft-kimya məhsullarının bahalaşması da bu vəziyyəti daha da çətinləşdirdi. Müharibə olduqdan sonra Ukraynada taxıl yığımının olmaması, Rusiyaya qoyulan sanksiyalar vəziyyəti qəlizləşdirdi. Bu səbəbdən taxılın qiyməti bahalaşdı. Qlobal dəyər zəncirində yaranmış problemlər istehsalat, daşıma xərclərinin artması, Rusiyaya tətbiq edilən sanksiyalar, Ukrayna taxılının dünya bazarına çıxarılmayacağı ilə bağlı qorxular böhranı şiddətləndirdi. Rusiya Ukrayna müharibəsi bir müddətdir ki, davam edir. Dünya artıq qorxmaq əvəzinə reallıqları görməyə başladı. Beləliklə, bazarda taxılın qiyməti stabilləşdi. Türkiyə və BMT-nin vasitəçiliyi ilə Oddessada yığılan taxıl dünya bazarına çıxarılmasına və Qara dənizdə dəhlizin açılması ilə bağlı görüş nəticəsində taxıl krizi düzəldi. Taxıl böhranı səbəbindən narahat olan dünyada rahatlanma yarandı. Bir illik müqayisədə indi taxılın qiymətində bahalaşma olsa da, keçən aylara görə daha azdır. Taxıldakı ucuzlaşma dayanıqlı olarsa, Azərbaycanda da ucuzlaşmasını müşahidə edəcəyik”.
Bu proses nəticəsində taxılın daşınması dayanıb və qiymətlər təxminən iki dəfə artıb.
Bu vəziyyət Azərbaycan üçün də problem yaradıb. Azərbaycan bazarında da taxıl məhsullarında bahalaşma oldu. Azərbaycan müəyyən qədər öz taxıl tələbatını ödəməyə qadirdir. Lakin bu, ”tam tələbatı ödəyir” ifadəsini demək düz deyil. Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir. Yalnız bu ilin yanvar ayında taxıl idxalımız 4 dəfə artıb. İdxal daha çox Qazaxıstandan həyata keçirilib. Praktik olaraq əkin sahələrinin 38%-i buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da, artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcək. Yerli məhsulların çox olması isə ərzaq təhlükəsizliyinin qorunması üçün vacibdir.
Bütün dünya üçün çox təhlükəli vəziyyətdir.
Avropa Birliyinin Nümayəndəsi Cozef Bore bildirib ki, müharibənin təsirləri təkcə Ukrayna üçün deyil, bütün dünya üçün getdikcə daha təhlükəli hala gəlir: “Xüsusilə, Afrikada böyük aclıq ehtimalına qarşı xəbərdarlıq edirik. Qiymətlərin artmasına və aclığa səbəb olan birinci amil müharibədir. Bu böhranın səbəbi Rusiyaya qarşı sanksiyalar deyil”.
Türkiyənin zəmanəti ilə taxıl üçün təhlükəsiz ticarət yolu açılıb və hələ də anbarlarda saxlanılan təxminən 22 milyon ton Ukrayna taxılının Yaxın Şərq ölkələrinə və Afrikaya daşınacaq. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Putin və Ukrayna arasında əlaqə yaradaraq ərzaq böhranının həllinə dair diplomatik görüşləri müsbət istiqamətdə irəlilədi.

Mövzu ilə əlaqədar SİA-ya açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib: “Taxıl istehsalında azalmalar, həmçinin, Rusiya-Ukrayna müharibəsi fonunda daha da intensivləşdi. Praktiki olaraq taxıla tələbin artmasını müşahidə etdik. Nəticə etibarilə bu, dünyada taxıl qıtlığının yaranmasına səbəb oldu. Növbəti illərdə də gözlənilən odur ki, taxıl istehsalının azalması fonunda taxıl qıtlığı problemi daha da dərinləşəcək. Xüsusən də, Rusiya-Ukrayna müharibəsi nəticə etibarilə dünya bazarına çıxarılan taxılın həcminə təsir göstərir. Digər tərəfdən də, istehlakın artması da birmənalı şəkildə taxıla olan tələbə təsir göstərir. Baxmayaraq ki, Hindistan dünyada ikinci ən çox taxıl istehsal edən ölkədir, daxili istehlakın artması ilə Hindistanın ixracatı ciddi şəkildə məhdudlaşıb. Bu baxımdan, növbəti illərdə də taxılın tələbi ilə təklifi arasında fərqin genişlənəcəyi və taxılın qiymətində artımın olacağını göstərir. Bu da nəticə etibarilə ondan xəbər verir ki, qlobal iqlim dəyişikliyinin, quraqlığın ən çox təsir sektorlarından biri taxıl istehsalıdır. Dünyada baş verən münaqişələr isə taxıl qıtlığına gətirib çıxarır”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə