CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 42,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,242 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə