Almaniya hökuməti "Lufthansa" aviaşirkətinə 9 milyard avro dəstək paketi ayrılacaq

Almaniya hökuməti Avropanın ən böyük aviaşirkəti "Lufthansa"ya dəstək verməyi qərara alıb.

SİA "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə aviaşirkət xəbər verib.

Dövlət dəstəyi üçün artıq iqtisadi stabilləşdirmə fondu ilə razılıq əldə edilib. Plan üzrə Almaniya hökuməti şirkətin səhmlərinin 20 faizini 300 milyon avroya alacaq. Bu şərtlə şirkətə 9 milyard dəstək paketi ayrılacaq. Hazırda razılaşmanın Avrokomissiya tərəfindən təsdiqi gözlənilir.

"Lufthansa" ilə hökumət arasında danışıqlar artıq bir neçə həftə davam edib. Aviaşirkət koronavirus pandemiyası səbəbindən baş verən uçuş fasilələrindən sonra düşdüyü çətin maliyyə vəziyyətindən çıxış yollarını axtarmaqdadır.

"Biz hər gün bir saata bir milyona yaxın avro itiririk. Bu böhrandan dövlət dəstəyi olmadan çıxa bilmərik", - şirkətin baş direktoru Karsten Spor deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə