“Azərbaycan dili tədrisinin aktual problemləri”

Orta məktəblərdə tədris olunan “Azərbaycan dili” fənninin xüsusi yeri var. “Azərbaycan dili” fənni də, başqa fənlər kimi söykəndiyi elm sahəsinin əsasları üzrə müəyyən bilik, bacarıq və vərdişləri verir. Xüsusilə də, dünyada gedən dərin ictimai-siyasi və tarixi-mədəni dəyişikliklər Azərbaycan təhsilinin fəal-interaktiv təlim əsasında aparılmasını, ayrı-ayrı fənlərin kurikulumun tələblərinə uyğun öyrədilməsini aktuallaşdırır. Bu, ciddi və həlli yolları axtarılan təhsil sistemi Azərbaycan dilini ümumtəhsil məktəblərində tədris etməkdə yeni yanaşma mövqeyi, metod, üsul və vasitələrdən istifadə etməyi tələb edir. Bu baxımdan, Əşrəfov Rüstəm Qulu oğlunun “Azərbaycan dili tədrisinin aktual problemləri” dərs vəsaiti xüsusi diqqət cəlb edir.

Dərs vəsaiti hazırlanarkən Azərbaycan dilinin tədrisini daha səmərəli qurmaq üçün müəllimlərin fəaliyyətinə yardım məsələsi diqqət mərkəzində saxlanılıb. Müəllif dərs vəsaitində Azərbaycan məktəblərində çətin tədris olunan – tətbiqi dərslər tipinə aid olan ümumiləşdirici dərsləri, Milli Kurikulum Konsepsiyasında – Azərbaycan dili fənn kurikulumunun təlimi strategiyalarını və mövcud V-IX siniflərin Azərbaycan dili proqram və dərsliklərində işin təşkili metodikasını bir aktual problem kimi qarşıya məqsəd qoyub, elmi cəhətdən araşdırmış və ciddi şəkildə təhlil edib. Dərs vəsaiti, Azərbaycan dilinin tədrisi keyfiyyətinə, şagirdlərin bilik və bacarıqlarının inkişafına göstərdiyi təsiri aşkar etmək məqsədilə, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin arzu və təkliflərini nəzərə alıb, onlara kömək məqsədilə hazırlanıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə