Əsrin Müqaviləsi: Sürətli İqtisadi İnkişafın 20 illiyi

Vüqar Bayramov, iqtisadçı alim

20 sentyabr 1994-cü il, Əsrin Müqaviləsi. Təməli Milli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geo-siyaso mövqelərimizin güclənməsi ilə yanaşı b müqavilə eyni zamanda Azərbaycan iqtisadiyatına, əhalinin sosial rifahına ciddi poztiv təsirlər göstərdi.

Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və Əsrin Müqaviləsi nəticəsində ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyatı 1994-cü ildə 11.8% kiçilmişdisə 1995-ci ildə 1.3% artım dərin depresiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol aynayacaqdı. Ümumiyyətlə isə Əsrin Müqaviləsi ilə start verilən iqtisadi böyümənin dinamikasını aşağıdakı cədvəl vasitəsi ilə daha dolğun təsəvvür etmək olar.

Cədvəl 1: 1994-2013-cü illərdə Ümumi Daxili Məhsulun dinamikası

Mənbə: Asərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2014

Göründüyü kimi, enerji resurslarının çıxarılması qısa müddət ərzində ölkə iqtisadiyatının sürətlə böyüməsinə və maliyyə imkanlarının genişlənməsinə səbəb olub. Xüsusi ilə də 2004-2006-cı illərdə Azərbaycan iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoydu. Post-sovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı aradan qaldırıldı, ölkə iqtisadiyatının digər sektorlarına da kütləvi investisiya axını başlandı. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çokmüş iqtisadiyatın sürətli inkafı üçün əsas amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-nin artımı iqtisadi tərəqqinin əsas dəstəkləyicisi idisə sonrakı dövrlərdə aparılan iqtisadi islahatlar qeyri-neft ÜDM-nin də inkişafını stimullaşdırdı. Beləliklə də2000-ci ildə 3 milyard manat olan qeyri-neft ÜDM 2013-cü ilədək təxminən 11 dəfə artaraq 32.6 milyard manata çatıb. Ölkə iqtisadiyatının qeyri-neft və enerji sektorlarının iqtisadi artımı aşağıdakı cədvəldə daha detallı şəkildə öz əksini tapıb.

Cədvəl 2: Neft və qeyri-neft sektoru ÜDM-nin dinamikası

Mənbə: Asərbaycan Respublikası Dövlət Statistika Komitəsi , 2014

Diqqəti çəkən məqamlardan biri isə ondan ibarətdir ki, əgər 2010-cu ilədək ölkə iqtisadiyatında artım yüksələn neft hasilatının fonunda baş verirdisə, artıq 2011-ci ildən etibarən neft hasilatının azalmasına baxmayaraq qeyri-neft sektoru sürətlə böyüməkdə və ÜDM-in artımı davam etməkdədir. Bu isə ölkə iqtisadiyatının diversifikasiyası istiqamətində son dövrlərdə aparılan islahatların səmərəliliyinin göstəricisidir.Ümumilikdə isə 2000-ci illə müqayisədə 2013-cü ildə bu sektor 11 dəfə artıb. Bu isə ölkədə dayanıqlı iqtisadi inkişafın əsas göstəricilərindən hesab edilə bilər.

Təbii ki, neft gəlirlərinin də qatqısı ilə baş vermiş iqtisadi sıçrayış sosial rifahın yüksəlişinə-yoxsulluğun azaldılması, əhalinin gəlirlərinin artımı kimi sahələrdə irəliləyişə səbəb olub. Bu müddət ərzində işsizliyin səviyyəsi 11.8%(1999-cu il üçün 514 min nəfər) 5%-dək(2013-cü il 236.6 min məfər) azalıb. Eyni zamanda iqtisadiyatın müxtəlif sahələrində faktiki məşğul əhalinin sayı 1995-ci illə müqayisədə 25% və yaxud 908 min nəfər artaraq 4521.2 min nəfərə çatıb. Yeni iş yerlərinin yaradılması ilə yanaşı ötən 20 il ərzində ölkədə orta aylıq əmək haqqı təxminən 34 dəfə artaraq 1995-ci ildə 12.5 manat olduğu halda 2014-cü ildə 440 manat çatıb.

Cədvəl 3: Makro-sosial iqtisadi göstəricilərin dinamikası

İllər

Əhalinin gəlirləri( milyard manatla)

Məşğul insanların sayı( milyon nəfərlə)

İşsizlərin sayı(milyon nəfərlə)

Orta aylıq əmək haqqı( manatla)

1995

-

3.6

-

12.5

1996

-

3.7

-

12.9

1997

-

3.7

-

28.3

1998

-

3.7

-

33.7

1999

-

3.8

-

36.9

2000

4.1

3.9

0.51

44.3

2001

4.3

3.9

0.48

52

2002

5.0

3.9

0.44

63.1

2003

5.7

4.0

0.40

77.4

2004

6.6

4.0

0.35

99.4

2005

8.1

4.1

0.32

123.6

2006

10.2

4.1

0.29

149

2007

14.6

4.2

0.28

215.8

2008

20.7

4.2

0.26

274.4

2009

22.6

4.3

0.26

298

2010

25.6

4.3

0.26

331.5

2011

30.5

4.4

0.25

364.2

2012

34.8

4.4

0.24

398.4

2013

37.6

4.5

0.24

419

Mənbə:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2014

Cədvəldən məlum olur ki, ötən 20 il ərzində ölkənin sosial iqtisadi göstəriciləri kifayət qədər dəyişib. Bu inkişafın təməli isə "Əsrin Müqaviləsi" imzalandığı gün qoyulmuşdu. Bütün bu göstəricilərin müsbət istiqamətdə dinamikası əhalinin həyat səviyyəsinin yüksəlməsinə və yaşam standartlarının dəyişməsinə səbəb olub.

Dövlət büdcəsi

1995-ci ildə etibarən ölkə iqtisadiyatının dinamik inkişafı dövlət gəlirlərinin artımını təmin edən əsas faktorlardan biri hesab edilir. Bu müddət ərzində büdcə gəlirləri 62, büdcə xərcləri isə 45 dəfə artıb. Beləliklə, 1994-cü ildə büdcə gəlirləri 79.1 milyon manat olduğu halda 2013-cü ildə 19496.3 milyon manat, büdcə xərcləri isə 1994-cü ildə 117.5 milyon manat olduğu halda 2013-cü ildə 19143.5 milyon manat olub. Bundan başqa 1994-cü ildə dövlət büdcəs ümumi gəlirlərinin 48%-i həcmində kəsirlə icra olunduğu halda 2013-cü ildə müvafiq göstərici 1.8% həcmində profisitlə icra edilib.

Cədvəl 4: Azərbaycanın əsas maliyyə göstəriciləri(milyon manatla)

İllər

Dövlət büdcəsinin gəlirləri

Dövlət büdcəsinin xərcləri

Sosial müdafiə və sosial təminat xərcləri

Təhsil xərcləri

Səhiyyə xərcləri

1994

79.1

117.5

-

-

-

1995

316.9

428.4

36.5

75.2

29.7

1996

402.6

481.9

70.6

101.8

40.1

1997

513.0

588.7

104.8

112.8

38.8

1998

465.5

527.3

122.9

116.3

31.1

1999

559.5

651.4

120.8

159.0

37.2

2000

714.6

764.0

139.3

181.8

40.9

2001

784.8

807.5

146.1

186.2

42.0

2002

910.2

931.8

190.2

191.2

44.8

2003

1220.9

1234.5

214.0

234.8

55.3

2004

1509.5

1502.1

236.6

294.1

73.5

2005

2055.2

2140.7

304.9

372.5

115.3

2006

3868.8

3790.1

341.5

479.1

162.0

2007

6006.6

6086.2

594.8

723.0

257.2

2008

10762.7

10774.2

846.4

979.7

346.2

2009

10325.9

10503.9

1054.4

1147.9

402.4

2010

11403.0

11765.9

1123.0

1180.8

429.2

2011

15700.7

15397.5

1495.4

1268.5

493.4

2012

17281.7

17416.5

1769.5

1453.2

609.4

2013

19496.3

19143.5

1750.3

1437.7

618.9

Mənbə:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2014

Statistik rəqəmlərin təhlili göstərir ki, 1995-ci illə müqayisədə büdcənin sosial xərcləri 2013-cü ildə kifayət qədər artırılıb. Beləki, 1995-ci illə müqayisədə sosial müdafiə və sosial təminat xərcləri 48, təhsil xərcləri 19, səhiyyə xərcləri isə 21 dəfə artırılıb. Beləliklə ölkədə aztəminatlı ailələrin sosial təminatı gücləndirilib, təhsil və səhiyyə sektorlarında xüsusi ilə də infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin artırılması və bu sahələrdə çalışanların əmək haqlarının artırlmasına diqqət yetirilib.

Ötən müddət ərzində hökumət ölkənin yüksələn maddi imkanları fonunda uğurlu pensiya siyasəti həyata keçirməklə minimum pensiya həddini 99 dəfə artıraraq 1.1 manatdan(1995-ci il) 100 manatadək(2013-cü il) artırıb. Anoloji olaraq təyin olunmuş aylıq pensiyanın orta məbləği 1.7 manatdan 152 manata, yaşa görə 1.7 manatdan 168.5 manata, əlilliyə görə 1.9 manatdan 129.8 manata, ailə başçısını itrməyə görə isə 1.6 manatdan 109.2 manatadək artırıb. Beləiklə orta hesabla əhalinin pensiya həddi təxminən 90 dəfə artıb.

Neft gəlirlərinin Neft Fondunun idarəetməsində

Neft strategiyasının digər mühüm istiqamətlərində biri neft gəlirlərinin daha səmərəli şəkildə idarə edilməsi və həmçinin gələcək nəsillərin də haqqının müdafiə edilməsi idi. Məhz bu məqsədlə 29 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi. Ötən 15-il ərzində Fond neft vəsaitlərinin yığımı, idarə edilməsi və paylaşdırılması istiqamətində uğurlu təcrübə nümayiş etdirib. Hazırda beynəlxalq aləmdə Neft Fondu şəffaf və etibarlı tərəfdaş olaraq xarakterizə olunmaqda. Fond vəsaitlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 37.6 milyard dollara çatıb. Bundan başqa ötən müddət ərzində Neft Fondu dövlət büdcəsinin əsas donoru qismində çıxış edib.

ARDNF ötən müddət ərzində Bakı-Tbilisi-Ceyhan(BTC) neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi strateji əhəmiyyətli layihələrlə yanaşı, qaçqın və məcburi köckünlərin həyat şəraitinin yaxşılaşdırılması, gənclərin xaricdə təhsili, Bakı-Oğuz Qəbələ su kəmərkərinin tikintisi kimi sosial layihələrin də maliyyələşdirilməsini həyata keçirib. Neft Fondu yarandığı tarixdən 2014-cü ilin iyul ayının 1-nə dək qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması məqsədi ilə – 1 635,0 milyon manat, paytaxtın içməli su probleminin həlli üçün Bakı-Oğuz-Qəbələ su kəmərinin tikintisinə 779.6 milyon manat və gənclərin xaricdə təhsili proqramı çərçivəsində isə 93 milyon manat vəsait ayırıb. Göründüyü kimi, Neft Fondu daha çox ölkə üçün strateji əhəmiyyətə malik sosial proqramları dəstəkləməklə fondun fəlsəfəsinə uyğun şəkildə ölkənin iqtisadi həyatının əsas aktyorlarından birinə çevrilib. Həmçinin ARDNF-nun valyuta ehtiyyatları ölkəmizin kredit reytinqinə və etibarlı tərəfdaş imicinə ciddi töhvə verib. Məhz bu səbəbdən bu gün Azərbaycan maliyyə dayanıqlığı baxımından dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət aparmaq imkanındadır. Qısa müstəqillik tarixinin olmasına baxmayaraq 2008-ci ildə bütün dünya ölkələrini silkələyən global iqtisadi böhran Azərbaycan iqtisadiyatı üçün ciddi fəsadları ilə xatırlanmamaq yaxşı olardı.

Ölkə iqtisadiyatına cəlb edilən investisiyalar

Azərbaycanın tarixən daha çox enerji resursları ilə dünyanın diqqət mərkəzində olmasına baxmayaraq, hökumətin həyata keçirdiyi iqtisadi siyasət ölkənin əmək resurslarından və istehsalat imkanlarından istifadə edərək neft asılılığını azaltmaq və post neft dövrünə hazırlıq istiqamətində davam etdirilməkdədir. Təbii ki,uğurlu iqtisadi inkişafın arxasında məqsədli investisiya siyasəti dayanmışdır. Azərbaycan həm xarici və həm də daxili investisiyakların ölkə iqtisadiyatının fərqli sahələrinə cəlb edilməsi istiqamətində daim maraqlı olmaqla yanaşı, biznes mühitinin liberallaşdırılması, qanunvericiliyinin təkmilləşdirilməsi kimi addımlar atmaqla bu sahəyə həqiqi dəstək nümayiş etdirib.1995-2013-cü illərdə ölkə iqtisadiyatına ümumilikdə 107.5 milyard dollar investisiya qoyulub ki, bunun da 43.4%-i və yaxud 46.6 milyard dolları xarici investisiyaların payına Mənbə:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2014 düşüb. Yeri gəlmişkən qeyd etmək laşımdır ki, ölkə iqtisadiyatına cəlb edilən xarici investisiyaların 45.3%-i və yaxud 21.1 milyard manatı qeyri-neft sektorunun payına düşüb.

Diaqram 2: Xarici və daxili investisiya müqayisəli şəkildə

Cədvəldən də göründüyü kimi, 2011-ci ildən etibarən daxili maliyyə mənbələri hesabına investisiyaların həcmi xarici investisiyaları üstələyib. Təbii ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi bu gün də xarici investisiyaların cəlb edilməsində maraqlıdır və bu müqayisə xarici investisiyaların azalması anlamına gəlmir. Beləki, 1995-ci ildə xarici investisiyaların həcmi 0.4 milyard dollar idisə 2011-ci ildə 8.7, 2012-ci ildə 10.3, 2013-cü ildə isə 10.5 milyard dollar olub. Buna baxmayaraq artan maliyyə imkanları ölkədə daxili investisiyaların iqtisadiyata axınını daha da sürətləndirib.Nəticədə, 1995-ci ildə sadəcə 0.17 milyard dollar olduğu halda 2013-cü ildə müvafiq göstərici 17.5 milyard dollara qədər artıb. Hazırda isə Azərbaycan sadəcə investisiya idxal edən deyil həmçinin, investisiya ixrac edən ölkə statusu qazanıb.

Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədi ilə ciddi avantaja çevirə bilib. Əlbətdə ki, bu strategiyanın əsası 20 sentyabr 1994-cü ildə "Əsrin Müqaviləsi"-nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da göz ardı etməməklə uğurlu siyasət həyata keçirib. Hal-hazırda dünya təcrübəsinə müraciət etmiş olsaq təəssüf ki, əksər hallarda neft-qaz kimi təbii sərvətlərə sahib bir çox ölkələrin bu üstünlüklərdən səmərəli yararlanmadığının şahidi olarıq. Lakin, Azərbaycan dövləti və Azərbaycan xalqı bu prizmadan yanaşdıqda şanslı hesab edilə bilər. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqtisadiyatın diversifikasiya etdirilməsi proqramları post neft dövrünə hazırlıq kimi qiymətləndirilmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu uzunmüddətli inkişaf proqramlarının inkişafına imkan verir, Azərbaycanın erkən hazırlıqları sadəcə prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...