“Birbank”da sərfəli depozit kampaniyası davam edir...

...qazancınızı 11 faizədək artırın

“Birbank”dan sərfəli depozit kampaniyası davam edir.

Belə ki, 28 fevral 2025-ci il tarixinədək “Birbank”da manat valyutasında depozit yerləşdirən hər kəs 6 aylıq müddətə illik 11 faizədək gəlir əldə edir.

Bunun üçün ən yaxın “Birbank” filialına yaxınlaşmaq və ya “Birbank” mobil tətbiqində rəqəmsal depozit yerləşdirmək kifayətdir. Filialda yerləşdirilən depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı, əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 min manatdır.

Ətraflı məlumat üçün: https://b-b.az/dpli

Rəqəmsal depozitdə isə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1 manat olmaqla istənilən məbləği depozit olaraq yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən rəqəmsal depozitdən istifadə etmək üçün “Birbank” mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir.

Ətraflı məlumat üçün: https://kbl.az/prdd

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Birbank” 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holdinq”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə