Ukraynada keçmiş nazir helikopter qəzasında ölüb

Ukraynada helikopter qəzasında ölkənin keçmiş aqrar siyasəti və qida naziri Taras Kutov həlak olub. SİA-nın verdiyi xəbərə görə, məlumatı daxili işlər nazirinin müavini Anton Geraşçenko təsdiq edib.

Daha əvvəl Ukrayna Fövqəladə Hallar üzrə dövlət xidməti Poltava bölgəsində helikopterin qəzaya uğradığını, bir nəfərin öldüyünü xəbər verirdi.

"Censor.Net" nəşrinin məlumatına görə, ölən şəxs helikopterin pilotu keçmiş aqrar siyasəti naziridir.

Helikopter Kiyevdən Poltava bölgəsinə uçurmuş.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə