Bağdadda terror: ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadın cənub-qərbində yerləşən Əl-Maalef rayonunda partlayışlar nəticəsində 2 nəfər ölüb, 20-si yaralanıb. SİA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayışları kamikadzelər törədib və onların məqsədi Bağdadın cənubundakı məscid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə