Neft daşıyan qatar relsdən çıxaraq aşıb

Kanadanın Manitoba əyalətində xam neft daşıyan qatar relsdən çıxıb. SİA-nın RİA "Novosti"yə istinadən məlumatına görə, yük qatarının 37 sisterninin relsdən çıxaraq aşması nəticəsində xam neft qismən əraziyə dağılıb. Hadisə Kanadanın ən yüklənən dəmir yol xətlərindən birində qeydə alınıb. Zərər çəkənlər və ya yanğın barədə məlumat yoxdur. Kanada Dəmir Yolları İdarəsinin ekoloji bölməsi ərazini neftdən təmizləməyə başlayıb. Neftin nə qədər əraziyə yayıldığı açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə