Cümhuriyyət Xalq Partiyası ilə İYİ Partiyası arasında parlament seçkiləri ilə bağlı razılaşma əldə edilib. Axar.az xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu ilə İYİ başqanı Maral Akşənər arasında keçirilən görüşdə ittifaq qurulub.

Razılaşmaya əsasən, Ankara, İstanbul və İzmirdə CHP-nin namizədləri dəstəklənəcək. Ordu, Samsun, Trabzon, Manisa, Dənizli və Balıkəsir şəhərlərində isə CHP-nin namizədi olmayacaq və İYİ Partiyası namizədlərini irəli sürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə