Pakistanda terror aktı törədilib

Pakistanda terror aktı törədilib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Kəraçidə, Milli Birlik Hərəkatı Partiyasının keçirdiyi tədbir zamanı baş verib.

Polisin məlumatına görə, əraziyə motosikletlə gələn naməlum şəxs kütləyə əl qumbarası atıb. Partlayış zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə