Çexiyada qrip əleyhinə peyvəndi birbaşa apteklər edəcək

Qrip əleyhinə vaksinləmə birbaşa apteklərdə həyata keçirilməlidir. AZƏRTAC xəbər verir ki, bu təkliflə Çexiya Həkimlər Palatasının nümayəndələri çıxış ediblər. Onlar vaksinləmənin zəruriliyini profilaktika dərəcəsinin artırılması, həmçinin bu yoluxucu xəstəliklə bağlı baş verə biləcək risklər haqqında məlumatın daha səmərəli yayılmasının vacibliyi ilə əsaslandırırlar. Oxşar təcrübə İngiltərə, İrlandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə yayılıb.

Hər il çexlərin yalnız iyirmi nəfərindən biri qrip əleyhinə peyvənd olunur. Bunu ölkə vaksinoloqları təsdiqləyirlər. Bu göstərici Avropa İttifaqının digər ölkələrinin əhalisi ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Eyni zamanda, həm ölkənin Səhiyyə Nazirliyi, həm də vaksinoloqlar peyvəndin nadir hallarda baş verən əks təsirləri səbəbindən bu tədbirə qarşıdırlar. Hazırda Çexiyada vaksinləmə yalnız həkim və tibb bacıları tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə