ABŞ-İran Memorandumunun bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub

ABŞ-İran Memorandumunun bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub

Pakistanın daxili işlər naziri bildirib ki, ABŞ və İran arasında daha əvvəl imzalanmış Memorandumun yenidən qüvvəyə minməsi ilə bağlı İran Prezidenti ilə keçirilən görüşlərdə əhəmiyyətli irəliləyiş əldə olunub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu açıqlama ABŞ-ın maliyyə naziri Skott Bessentin Vaşinqtonun İran rejiminə qarşı yeni sanksiyalar tətbiq etdiyini və məqsədin Tehrana yönələn bütün maliyyə dəstəyini kəsmək olduğunu açıqlamasından sonra səsləndirilib. Bessent həmçinin Prezident Donald Trampın ABŞ-ın müttəfiqlərini bu tədbirlərə dəstək verməyə çağırdığını bildirib.

ABŞ Dövlət Departamenti yeni sanksiyaların İranın hərbi rəsmilərinə və silah təchizatı şəbəkələrinə, Çin və BƏƏ kimi ölkələr üzərindən neft daşıyan gəmi və vasitəçilər şəbəkəsinə, eləcə də kritik infrastruktura qarşı hücumlarla əlaqəli kibertəhlükə aktorlarına yönəldiyini açıqlayıb.

İran hökumətinin sözçüsü Fatemeh Mohajerani isə sanksiyalara münasibət bildirərək, İran Prezidenti və ölkə rəhbərliyinin mövcud “iqtisadi çətinliklər” dövrünü dəf edəcəyini söyləyib.

İranın təhlükəsizlik rəsmisi Mohsen Rzaei isə ABŞ-ın iqtisadi təzyiqlərinin davam edəcəyi təqdirdə Tehranın Körfəz ölkələrinə neft ixracını tamamilə dayandıra biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin Vaşinqtonun sanksiyalarına dəstək verən istənilən ölkənin bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəklərini bildirib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə