London polisi insidenti terror aktı kimi nəzərdən keçirir

Polis Britaniya parlamenti qarşısındakı insidenti terror aktı kimi nəzərdən keçirir. SİA xəbər verir ki, bu barədə məlumat hüquq-mühafizə orqanının saytında yerləşdirilən bəyanatda öz əksini tapıb.

Xatırladaq ki, avqustun 14-də yerli vaxtla saat 07:37-də (Bakı vaxtı ilə 10:37) minik avtomobili Böyük Britaniya parlamenti binasının qarşısındakı səddə çırpılıb, nəticədə bir neçə piyada xəsarət alıb. Polis avtomobili mühasirəyə alıb və sürücünü həbs edib. Hadisənin baş verdiyi rayonda insanlar təxliyə olunub, Parlament meydanına aparan bütün yollar avtomobillər üçün bağlanıb.

London polisinin məlumatına görə, təhqiqata terror əleyhinə bölmə başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...