CHP-nin şok seçki planı ortaya çıxdı!

CHP sədri Kamal Kılıçdaroğlu və İYİ Partiyanın sədri Maral Akşənər arasında gizli görüş baş tutub. Axar.az xəbər verir ki, görüş zamanı qarşıda duran seçkilərdə atılacaq addımlar barəsində fikir mübadiləsi aparılıb.

İddialara görə, həmin görüşdə Türkiyə mətbuatının “CHP-nin B planı” adlandırdığı və CHP-dən 15 millət vəkilinin istefa edərək İYİ Partiya sıralarına qoşulması və bununla da ikincinin qrup təşkil edərək seçkilərdə iştirak hüququ əldə etməsini təmin edən qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə