Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəldi

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib.

SİA-nın məlumatına görə, o, cinayətkar təşkilatların üzvlərinə kömək göstərmək ittihamı ilə dindirilməyə çağırılıb.

M.Saakaşvili qanuna əməl etmək üçün ifadə verməyə gəldiyini deyib: "Mən Ukrayna prokurorlarına hörmət etmirəm, mənim Ukrayna qanunlarına hörmətim var".

Onun sözlərinə görə, bu cinayət işinin səbəbi "onun Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu" üzə çıxarmaqdır.

Qeyd edək ki, bir müddət əvvəl Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlsə də, prokurorun yanına keçmədən dəhlizdə jurnalistlərlə görüşərək, binanı tərk edib. Bu səbəbdən onun yenidən dindirilməyə çağırılacağı qeyd olunurdu. O, jurnalistlərə bildirib ki, yalnız Təhlükəsizlik Xidmətinə müsahibə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə