"ABŞ-ın Qüds qərarını qəti şəkildə rədd edirik"

"ABŞ-ın Qüds qərarını qəbul etmirik və qəti şəkildə rədd edirik." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

“Bəşəriyyətin ortaq dəyəri olan Qüdsü anidən İsrailin paytaxtı elan etmək istəyənlərə imkan vermədik, bundan sonra da verməyəcəyik. Qüds bütün insanlığın xəzinəsidir. Hər iki tərəfin razılığa gəlməsini istəyirik. Bundan başqa heç bir qərarı, sanksiyanı qəbul etməyəcəyik”, - Yıldırım bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə