Türkiyədə 21 terrorçu məhv edilib

Türkiyədə son bir həftə ərzində keçirilən anti-terror əməliyyatlarında 21 terrorçu məhv edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 9-16-da separatçı terror təşkilatları ilə mübarizə çərçivəsində 1 508 əməliyyat keçirilib.

Həmçinin əməliyyatlar zamanı PKK terror təşkilatına yardım etməkdə şübhəli bilinən 205, İŞİD terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 49, Fetullahci Terror Təşkilatı ilə mübarizə çərçivəsində isə 947 nəfər saxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə