"Avropa Birliyi Türkiyə ilə bağlı siyasətini yenidən gözdən keçirməlidir"

"Avropa Birliyi (AB) Türkiyə ilə bağlı siyasətini yenidən gözdən keçirməlidir." Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib.

Diplomat bildirib ki, bütün üzv dövlətlərin mövcud siyasi baxşının nə olduğu indidən təhlil edilməlidir:

“Anlaşılan odur ki, Türkiyə özünü AB-dən uzaqlaşdıran siyasətindən imtina etməyəcək. Müzakirələr AB üzvlərinin müəyyən qərarı ilə onsuz da dondurulub. Bu, Türkiyəyə qarşı doğru addım atdığımızın göstəricisidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə