Pekinin “Şoudu” beynəlxalq aeroportu avqustun 12-də səhər saatlarında tufan səbəbindən 268 reysi ləğv edib, bir çox reys də təxirə salınıb. Çinin mərkəzi televiziyası xəbər verir ki, yerli vaxtla saat 10:00-a olan məlumata əsasən planlaşdırılan 598 reysdən yalnız 248-i həyata keçirilib. Ləğv olunan reyslərin böyük əksəriyyəti daxili marşrutlara aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə