Amerikalı general: "Suriya müxalifətinə yardımı dayandırmaq, Rusiyaya güzəştə getmək deyil"

ABŞ Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin Suriya müxalifətinə yardım proqramını dayandırması, Rusiyaya güzəştə getmək anlamını vermir. Axar.az xəbər verir ki, bunu Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ ordusunun Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Reymond Tomas söyləyib.

“Bu proqramın bağlanması haqqında qərar onun effektivliyinin olmaması ucbatından atılıb. Bu proqramı bağlamaq çox ağırdır” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə