Yurgen Klinsmann Ekvador millisində

Ekvador milli komandasının yeni baş məşqçisi məlum olub. Bu posta almaniyalı tanınmış futbol məşqçisi Yurgen Klinsmann gətirilib. Almaniya mətbuatı bu təyinatının yaxın zamanda rəsmən açıqlanacağını yazıb.

Qeyd edək ki, Klinsmann karyerası ərzində Almaniya millisi, "Bavariya” və ABŞ yığmasında çalışıb. Almaniyalı mütəxəssis 2016-cı ilin noyabrından işsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə