"Beşiktaş" Şenol Günəşə əvəzləyici tapıb?

İstanbulun "Beşiktaş" klubu, bir müddət əvvəl Türkiyə millisinə baş məşqçi təyin olunan Şenol Günəşə əvəzləyici tapıb. Türkiyə mətbuatının yazdığına görə, "qara qartallar" bu vəzifəyə hazırda "Başakşəhər"i çalışdıran Abdullah Avcını gətirməyi planlaşdırır. Klub rəhbərliyinin artıq 55 yaşlı mütəxəssislə görüşdüyü və razılıq əldə etməyə yaxın olduğu bildirilir. Təcrübəli məşqçi İstanbul klubunun təklifinə "hə" desə, onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Avcının "Başakşəhər"lə hələ 5 illik sözləşməsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...