Joze Mourinyo Messi haqqında danışdı

Joze Mourinyo "Barselona"nın futbolçusu Lionel Messinin Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə cavab oyununda (3:0) dubl etməsinə münasibət bildirib. O deyib ki, argentinalı hücumçuya meydanda sərbəstlik vermək lazım deyil: "Mən demişdim ki, Messidə top olan zaman onu təkbaşına dayandırmaq mümkünsüzdür. Meydanda onu qəfəsə salmaq lazımdır. O zaman Messini zərərsizləşdirmək olar. Rəqib oyunçular ona yaxın olmalı və oyununa müdaxilə etməlidirilər. Messi ikinci qol vuran zaman ona sərbəstlik verilmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə