Samboçularımız Avropa birinciliyində 4 medal qazanıblar

Şimali Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyi başa çatıb. SİA-nın məlumatına görə, samboçularımız qitə birinciliyində 4 medal qazanıblar. Yeniyetmə idmançıların yarışında Sahib Babayev (48 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) qitə birinciliyinin bürünc medallarına sahib olublar. Gənclərin yarışında isə Mehman Mehdizadə (57 kq) və Vilayət Bayramov (62 kq) 3-cü yeri tutublar.

Qeyd edək ki, ölkəmizi yeniyetmələr arasında 8, gənclərin mübarizəsində isə 4 idmançı təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...