"Liverpul"un xorvatiyalı futbolçusu zədələnib

"Liverpul"un futbolçusu Deyan Lovren Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə ilk oyunu buraxacaq. Britaniya mətbuatının yazdığına görə, buna səbəb onun zədəli olmasıdır. Xorvat müdafiəçinin sözügedən görüşə kimi hazır olmayacağı dəqiqləşib.

Qeyd edək ki, "Bavariya" - "Liverpul" görüşü bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə