ÇL-də 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. SİA-nın məlumatına görə, bununla da pley-offa vəsiqə qazanan komandalar bu mərhələdəki rəqiblərini tanıyacaqlar. Klublar qrup qalibi və ikincisi olmaqla 2 səbətə bölünüblər. Əsasnaməyə görə, eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər 1/8 finalda üz-üzə gələ bilməzlər.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Qrup qalibləri:

"Borussiya" (Dortmund, Almaniya)

"Barselona" (İspaniya)

PSJ (Fransa)

"Porto" (Portuqaliya)

"Bavariya" (Almaniya)

"Mançester Siti" (İngiltərə)

"Real" (İspaniya)

"Yuventus" (İtaliya)

Qrup ikinciləri:

"Atletiko" (İspaniya)

"Tottenhem" (İngiltərə)

"Liverpul" (İngiltərə)

"Şalke" (Almaniya)

"Ayaks" (Hollandiya)

"Lion" (Fransa)

"Roma" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

Bütün xəbərlər Facebook səhifəmizdə