Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2019-20-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə