“Çelsi” 18 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

Londonun “Çelsi” futbol klubu, gənc futbolçu Etan Ampadu ilə müqaviləni yeniləyib. Klubun saytında yer alan xəbərə görə, 18 yaşlı futbolçu 2023-cü ilə qədər London təmsilçisinin şərəfini qoruyacaq. Qeyd edək ki, Uels millisinin üzvü 2017-ci ilin yayında İngiltərə 2-ci liqa təmsilçisi “Ekseter Siti” klubundan transfer edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə