"Arsenal"ın yeni baş məşqçisi kim olacaq?

Arsen Vengerin mövsümün sonunda "Arsenal"dan ayrılmaq qərarı verməsindən sonra "topçular"ın yeni baş məşqçisinin kim olacağı böyük maraqla gözlənilir. SİA-nın məlumatına görə, klubun prezidenti İvan Qazidis yeni baş məşqçinin "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olan Mikel Artetanın ola biləcəyini deyib. Arteta ilə yanaşı, Luis Enrike, Paulo Fonçeska, Brendan Rocers və Yulian Naqelsmann da London klubunun yeni baş məşqçisi adına namizəddir.

Klubun azarkeşləri sosial şəbəkələrdə Artetanın yeni baş məşqçi olması iddialarına etiraz ediblər. Onlar komandanın gənc və təcrübəsiz mütəxəssisə tapşırılmasını istəmirlər.

Qeyd edək ki, 36 yaşlı Arteta 2011/16-cı illərdə "Arsenal"da çıxış edib və karyerasını bu komandada başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə