“Liverpul” Deniel Starricə 30 milyon funt sterlinq qiymət qoyub

“Liverpul” futbol klubu hücumçu Deniel Starrici cari transfer pəncərəsi zamanı sata bilər. AZƏRTAC xəbər verir ki, 28 yaşlı futbolçunun potensial alıcısı 30 milyon funt sterlinq xərcə düşməlidir. “Liverpul” öz hücumçusunu məhz bu məbləğdə qiymətləndirir.

D.Starric daimi oyun praktikası olmadığına görə “Liverpul”la vidalaşmaq istədiyi barədə klubun rəhbərliyinə məlumat verib. “Liverpul” isə Starrici icarəyə vermək niyyətində deyildir. O, ya futbolçunu heyətdə saxlamağa, ya da onun transferi üçün sanballı məbləğ qoparmağa ümid bəsləyir. Daha əvvəl “Sauthempton”, “Vest Hem” və “İnter” klublarının da Starricə maraq göstərdikləri barədə məlumat verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə