"Qalatasaray" baş məşqçisini qovub

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib. SİA-nın məlumatına görə, "Qalatasaray" İqor Tudorla yolları ayırıb. Xorvatiyalı mütəxəssisin qovulmasına səbəb İstanbul nəhənginin son zamanlar uğursuz nəticələr əldə etməsidir.

"Sarı-qırmızılar" 39 yaşlı çalışdırıcıya 400 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, 16 turdan sonra aktivində 32 xal olan "Qalatasaray" Super Liqada 2-ci pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə