Konte: "Penaltinin olub-olmadığını deyə bilmərəm"

"Komandamın oyunundan məmnunam". Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: “Növbəti mərhələyə vəsiqə qazandıq. “Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindir. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə