Rauf Əliyev sarı vərəqə ilə cəzalandırılıb

Albaniya Liqasında III turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti görüşünü keçirib. Sözügedən komanda “Laçi”ni qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Rauf da qalibiyyətdə iştirakçı olub.

Matça start heyətində başlayan milli üzvü “fərqlənməyə” də imkan tapıb. O, 38-ci dəqiqədə sarı vərəqə alıb. Qeyd edək ki, 3 oyundan sonra aktivində 7 xal olan “Kukesi” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə