Səlahət Ağayev əməliyyat olunacaq

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqində zədələnmiş qapıçısı Səlahət Ağayev sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat olunacaq. SİA-nın məlumatına görə, təcrübəli futbolçu bunun üçün sabah - sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat "Acıbadəm” xəstəxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə