Daniel Rikkardo Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

"Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. SİA-nın məlumatına görə, "Mercedes"in pilotu Valtteri Bottas finiş xəttini ikinci, "Williams"ın sürücüsü Lans Stroll isə üçüncü keçiblər.

Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası olub.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Formula 1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim edib.

İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə