Fond tərəfindən məktəblilərə məktəbli formaları hədiyyə edilib FOTOLAR

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Öndəki birincilər” layihəsi çərçivəsində cəbhəyanı bölgələrdə yaşayan aztəminatlı ailələrin birinci sinifə gedəcək məktəblilərinə məktəbli formaları hədiyyə edilib. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində Füzuli, Ağcabədi, Laçın, Ağdam, Tərtər, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edən valideynlər və birinci sinfə gedəcək şagirdlər məktəblilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, məktəblilərlə görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun icraçı direktor müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...