Hicran Hüseynova İsmayıllıda vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən SİA–ya verilən məlumata görə, Komitə sədri Hicran Hüseynova iyulun 26-da İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirəcək. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı və Qəbələ rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...