"Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi" - TƏDBİR-VİDEO- FOTOLAR

Bu gün "Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi" mövzusunda konfrans və kitab təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, media nümayəndələri və gənclər iştirak edib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açaraq Fondun gördüyü işlər və mənəvi dəyərlərlə bağlı gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək konfransın əhəmiyyətindən və kitabın önəmindən danışıb. Qurum rəhbəri deyib ki, mənəvi dəyərlərimiz bizim sərvətimizdir: "Adət-ənənələrimiz bizim mənəvi dəyərlərimizin simvoludur. Biz deqradasiyalara yol verməməliyik, əksinə dünyanın çağırışlarına cavab verərək, dünyaya inteqrasiya etməliyik. Bu bizim dünyanın müxtəlif guşələrində yaşayan insanlarımız, gəncliyimiz üçün çox vacibdir. KİV-lərin, QHT-lərin və sairənin özü də bir institut kimi cəmiyyətin formalaşmasına öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev mənəvi dəyərlərə hər zaman böyük önəm verib".

Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə