DGK-da insan alverinə qarşı mübarizə müzakirə edilib

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının eksperti Alina Braşoveanu, layihə məmuru Mariya Nikolovska və digərləri iştirak edib.

Görüşün məqsədi Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan hökumətinə dəstək vermək, rəy və təkliflər hazırlamaqdır.

Görüşdə 2014-2018-ci illəri əhatə edən hazırkı və başa çatmaqda olan Milli Fəaliyyət Planında Dövlət Gömrük Komitəsinin məsul icraçı olduğu fəaliyyət istiqamətləri, insan alverçilərinin, insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə