Ali Məhkəmədə media rəhbərləri ilə görüş keçirilir

Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, qəzet və saytların baş redaktorları ilə Ali Məhkəmənin sədrinin görüşü keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə sistemində görülən işlərin media tərəfindən düzgün qaydada işıqlandırılmasına ehtiyac olduğunu bildirib: "Jurnalistlər məhkəmənin işi haqqında cəmiyyətə məlumat verməkdə maraqlıdırlar. Amma jurnalistlər öz peşəsindən sui-istifadə hallarına yol verməməlidirlər".

Hazırda tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə