İcazəsiz ova cəhd edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər ov alətləri götürülüb.

Faktla bağlı E.Kazımov barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...