ETSN yanğın olan ərazidə atmosferdən nümunələr götürüb

İyunun 19-da Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək monitorinq və araşdırma işlərinə başlayıblar.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüblər. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Hazırda hadisə yerində araşdırma və monitorinqlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə