Aztəminatlı ailələrə Novruz sovqatı verilib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Novruz bayramı münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tənha, kimsəsiz və aztəminatlı ailələri sevindirmək və onlara bayram sovqatları çatdirmaq məqsədilə tədbir həyata keçirib. Tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə tədbir iştirakçılarına bayram təbriklərini çatdıraraq qeyd edib ki, 98 illik fəaliyyəti dövründə şərəfli yol keçən və həmin missiyanı davam etdirən cəmiyyətin AMEA bölməsinin son dövrlərdəki uğurlu fəaliyyəti barədə danışıb.

AMEA-nın İşlər İdarəsinin rəis müavini Sərdar Əliyev cəmiyyətin daşıdığı xeyirxah missiya və aztəminatlı ailələrin problemlərinin həllinə göstərdiyi qayğıdan bəhs edib.

Tədbirdə bayram münasibətilə AMEA-nın aztəminatlı sosial qrupa aid olan 70 əməkdaşına ərzaq yardımları verilib.

Cəmiyyətin rayon bölmələri Sumqayıt şəhərində 15, Nəsimi rayonunda 30, Suraxanı rayonunda 50 aztəminatlı ailəyə Novruz bayramı münasibətilə sovqatlar paylayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...