Bakıda bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Dekabrın 11-i səhər saatlarından etibarən Şövkət Məmmədova küçəsinin bağlanması ilə əlaqədar olaraq 3 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

SİA-nın məlumatına görə, “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə öz hərəkətini davam etdirirlər. Əks istiqamətdə də avtobuslar həmin hərəkət trayektoriyası üzrə hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə