Oqtay Şirəliyev qəbul keçirəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 20 oktyabr 2017-ci il tarixində saat 12:00-da Göyçay Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, nazir Göyçay, Ucar, Ağdaş, Zərdab rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Müəllif: Nailə Məhərrəmova
loading...