“Vestnik Kavkaza” Azərbaycan Prezidentin çıxışından yazdı VİDEO

BMT Azərbaycana qarşı törədilmiş cinayətin ədalətli mühakiməsi üçün nə edə bilər?

“Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasında çıxışı zamanı bütün dünyaya bir daha Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilmədiyini bəyan etdi. Prezident çıxışında həmçinin bunun səbəbini də açıqladı. Bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməklə beynəlxalq normaları kobud şəkildə pozur”. Bu fikirləri “Vestnik Kavkaza” elektron qəzeti öz səhifələrində tirajlayıb.

“Vestnik Kavkaza” Prezidentin çıxışından sitat gətirir: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Elektron qəzet qeyd edir ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın Xocalıda soyqırımı törətdiyini bütün dünyaya bildirdi: “Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

“Vestnik Kavkaza” məşhur politoloqların fikirlərinə də yer ayırıb. Həm politoloq Oleq Kuznetsovun, həm də Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun məsələyə münasibətləri məqalədə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə