Səidə: "Musiqimizi pis günə qoyublar"

Müğənni Səidə Sultan bəzi müğənniləri tənqid edib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Millətimizi zövqsüzləşdirənlər, içində mənim düşmənlərim boğulsun. Üstünə mən də biraz su töküm. Onlar Azərbaycan musiqisini pis günə qoyublar. Musiqimizə dəyər versəydilər, hörmət edərdilər.

Çoxu pula satılır. Pul ver, onları qabağında oynat. Pula görə sənəti yeraltına ata bilməzsən. Sənəti hər şeydən uca tutmalısan. Sabah onlar heç nə ortaya çıxara bilməyəcəklər. Ancaq guruldamaqla məşğuldular.

Kimdən soruşursan, deyir, “məni xalq sevir”. Xalq sizin üçün oyuncaqdır ? Heç xalq onları tanımır. Özlərini şişirdib dağın başına qoyublar”.

Bütün xəbərlər Facebook səhifəmizdə