“Ulduzlarla çimərlik voleybolu” olacaq

Azərbaycan Voleybol Federasiyası, Su İdmanı Sarayı və Mədəniyyət kanalının birgə layihəsi olan “Ulduzlarla çimərlik voleybolu” 19 sentyabr saat 19:00- da Su İdmanı Sarayında keçiriləcək. SİA-nın məlumatına görə, layihəyə Xəyyam Mustafazadə, Zamiq Hüseynov, Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə, Mirələm Mirələmov ulduz oyunçu kimi qatılacaqlar.

Azərbaycan estradasının tanınmış müğənniləri Manana Caparidze, Samira Allahverdi, Sevda Yəhyayeva və digərləri tədbirdə konsert proqramı ilə iştirak edəcək.

Tədbirə hər kəs dəvətlidir. Biletləri iticket.az, Su İdmanı Sarayı, şəhərin mərkəzi kassaları və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə