Hər bir namizəd əmlakı və gəlirləri ilə bağlı məlumat verməlidir -İCLAS

Əmlakla, gəlirlər bağlı olan məsələlər birbaşa namizədlərin məsuliyyətində olan məsələdir. Burada dairələrin heç bir məsuliyyəti yoxdur. SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, maksimum dərəcədə çalışırıq ki, müraciətləri namizədin xeyrinə qəbul edək: "Əmlak barəsində olan çatışmazlıqlar barəsində qərarı ləğv etmək mümkün deyil. Bizim üçün nə fərqi var ki, 500 və ya 1000 namizəd seçkilərdə iştirak edəcək. Hər bir namizəd əmlakı və gəlirləri ilə bağlı məlumat verməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə